“Kəmərsıxma” siyasətinə qarşı hərəkat yenidən başladı

Madriddə təxminən 3 min adam xalq hərəkatının simvolu halına gələn Sol Meydanında toplanıb

491411
“Kəmərsıxma” siyasətinə qarşı hərəkat yenidən başladı

  “Kəmərsıxma” siyasətinə qarşı siyasi və iqtisadi sistemin dəyişməsi tələbiylə ilk dəfə başda paytaxt Madrid olmaqla İspaniyanın 50 şəhərində 2011-ci ilin 15 mayından başlanan nümayişlər yenidən hərəkətə gəlib.  

  Madriddə təxminən 3 min adam xalq hərəkatının simvolu halına gələn Sol Meydanında toplanıb. Hökumət əleyhinə şüarlarla çıxış edən nümayişçilər bu dəfə də hökumətin “kəmərsıxma” siyasətinə qarşı etirazlarını bildiriblər.

  Xatırladaq ki, İspaniyada 5 il əvvəl başlanan bu hərəkat 79 gün sonra polisin müdaxiləsilə sona çatmışdı.



Әlaqәli Xәbәrlәr