Vitold Vaşikovski: ''Avropa Baltik bölgəsindəki Rusiya təhdidlərini daha ciddi qəbul etməlidir''

Polşa Xarici İşlər naziri Vitold Vaşikovski bildirib ki, Avropa Baltik bölgəsindəki Rusiya təhdidlərini daha ciddi qəbul etməlidir.

490575

Estoniya mətbuatına müsahibə verən nazir, Rusiyanın Baltik  ölkələrinə qarşı hərbi təxribatlar, gərginliyi artıran siyasi ifadələr və bölgənin təhlükəsizliyinə təsir edən  digər hərəkətlərə şahid olduqlarını qeyd edib.

Vaşikovski açıqlamasında Varşavada keçiriləcək NATO sammiti zamanı bölgədə təhlükəsizlik problemini həll edəcək qərarların alınacağına ümid etdiyini bildirib.

Rusiyanın, NATO ilə ABŞ hərbi qüvvələrinin Şərqi Avropada yerləşdirilməsinə etirazına isə  əhəmiyyət vermədiyini vurğulayan nazir “Rusiyanın təhlükəsizlik təhdidlərinə ən yaxşı cavab, NATO-nun bölgədəki varlığıdır” deyə bildirib.

Polşa Müdafiə naziri Antoni Matsereviç də, mətbuata verdiyi açıqlamada bildirib ki, Rusiya, Baltik dənizinin yalnız özünə aid olduğunu ABŞ, NATO, İngiltərə və Polşaya qəbul etdirmək istəyir, lakin buna icazə verilməyəcək.

Müdafiə naziri həmçinin Rusiyanın pilotsuz hava təyyarələrinin dəfələrlə Polşa hava məkanını pozduğunu da bildirib.

Әlaqәli Xәbәrlәr