Banqladeşdə ildırım azı 35 nəfərin həyatına son qoyub

Banqladeşdə ildırım vurması nəticəsində aralarında qadınların və uşaqların da olduğu azı 35 nəfər həyatını itirib.

490339
Banqladeşdə ildırım azı 35 nəfərin həyatına son qoyub

Banqladeşdə ildırım vurması nəticəsində aralarında qadınların və uşaqların da olduğu azı 35 nəfər həyatını itirib.

Həlak olanların əksəriyyəti Pabna şəhərinin sakinləridir. Burada ildırım 8 nəfərin həyatına son qoyub. Siracqanc və Racşahi dairələrində 10 nəfəri, Kişorqanc və Brahmanbarhiya dairələrində 8 nəfəri öldürüb. Paytaxt Dəkkə şəhərində yağış altında futbol oynayan iki tələbə, Banqladeşin digər bölgələrində isə daha 7 nəfər həlak olub.

İldırım vurmasından ölənlərin çoxu həmin vaxt əkin sahələrində olan fermerlərdir.


Etiketlәr: #Banqladeş , #ildırım , #Pabna

Әlaqәli Xәbәrlәr