Venesuelada iqtisadi böhran qarşıdurmalara səbəb olub

Venesuelada iqtisadiyyatdakı geriləmə  və yüksək inflyasiya hökumətə qarşı etiraz aksiyalarına səbəb olub.

488023
Venesuelada iqtisadi böhran qarşıdurmalara səbəb olub

Venesuelada iqtisadiyyatdakı geriləmə  və yüksək inflyasiya hökumətə qarşı etiraz aksiyalarına səbəb olub.

Ölkədə elektrik enerjisinin məhdudlaşdırılması, ərzaq və su azlığı səbəbiylə qarşıdurmalar yaranır.

Talonlarla alış-veriş sistemini tənqid edən etirazçılar 70-dən çox böyük mağaza  və işyeri qarət edib.  

Etirazçılar hökumətin istefasını tələb edir.

Müxaliflər Dövlət başçısı Nicolas Maduro və tərəfdarlarını böhranın öhdəsindən gəlməməkdə ittiham edir.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə bu il Venesuelada inflyasiya xeyli yüksələ bilər.

Mütəxəssislər bu il yaşanan ərzaq problemlərinin müharibə dönəmindəki ilə bərabər olduğuna diqqət çəkib. Ölkə daxilində ərzaq problemi  2014-cü ildə 29% olub, bu ilin sonunda 80-90% yüksəlməsi gözlənilir.

 



Әlaqәli Xәbәrlәr