Rusiyaya qarşı tətbiq edilən sanksiyalar genişləndirilməlidir

Bunu Ukrayna prezidenti Petro Poroşenko bəyan edib.

487331
Rusiyaya qarşı tətbiq edilən sanksiyalar genişləndirilməlidir

Petro Poroşenko: “Bəzi ölkələrdə vaxtaşırı Rusiyaya qarşı sanksiyaların qeyri-effektivliyi barədə fikirlər səslənir. Belə olan halda, sanksiyaları aradan qaldırmaq yox, əksinə genişləndirmək gərəkdir”, deyə bildirib.

Petro Poroşenko  Ukraynalı  diplomatların  Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün əllərindən gələni etdiklərini də  qeyd edib.

Avropa İttifaqı  ölkələrinin Rus iqtisadiyyatının enerji, müdafiə və maliyyə kimi bəzi sektorlarına tətbiq etdikləri sanksiyaların müddəti 31 İyulda başa çatır.
 Sanksiyaların uzadılıb uzadılmayacağı gələn ay keçiriləcək Avropa İttifaqı  sammitində müzakirə ediləcək.



Әlaqәli Xәbәrlәr