Polşa,nǝhǝng aksiyalara sǝhnǝ olub

Polşa, kommunist rǝhbǝrliyi dağılanandan bǝri ilk dǝfǝ nǝhǝng aksiyalara sǝhnǝ olub.

486374
Polşa,nǝhǝng aksiyalara sǝhnǝ olub

Polşa, kommunist rǝhbǝrliyi dağılanandan bǝri ilk dǝfǝ nǝhǝng aksiyalara sǝhnǝ olub.

Paytaxt Varşavada yüz minlərlə nümayişçi, hökumətin konstitusiya Məhkəməsində dəyişiklik tǝşǝbbüsündǝn etiraz mǝqsǝdiylǝ küçǝlǝrǝ axışıb.

Azadlıq və demokratiya şuarları sǝslǝndirilǝn nümayişə 250 minə yaxın aksiyaçı qatılıb.

Polşa və Avropa İttifaqı bayraqlarını daşıyan nümayişçilər, keçən il iqtidara gələn mühafizəkar Haqq və Ədalət Partiyasını, Polşanı Avropadan uzaklaştırmaqda tǝqsirlǝndirir.

Nümayişçilər, hökumətin Avropa İttifaqına şübhə ilǝ   baxdığını, bunun isǝ Rusiyanın ölkǝ üzǝrindǝ söz sahibi olmasına zǝmin yaradacağı nǝzǝrindǝn müdafiǝ edirlǝr.

Polşada hökumət Konstitusiya Məhkəməsi ilə əlaqədar dəyişikliklər edərək, üzvlərinin əksəriyyətinin iqtidar tǝrǝfindǝn təyin edilmǝsinǝ zǝmin yaradsa da qanun Konstitusiya Məhkəməsi tərəfindən rədd edilib.

Qeyd edǝk ki, Polşada hələ də Konstitusiya Məhkəməsi, funksiyasını yerinə yetirǝ  bilmir.



Әlaqәli Xәbәrlәr