“Prezidentlik yarışı əyləncə şousu deyil”, B.Obama

Amerika Birləşmiş Ştatlarının lideri Barak Obama ölkə presidenti adı uğrunda mübarizədə Respublikaçılar Partiyasının namizədi Donald Trampun seçicilərinə məsələyə diqqətlə yanaşmağı tövsiyyə edib

485817
“Prezidentlik yarışı əyləncə şousu deyil”, B.Obama

    Ağ Evdə gündəmlə bağlı danışan Obama Respublikaçılar Partiyasından tək namizəd qalan Donald Trampın əvvəlki çıxışlarını ciddi qəbul etmək lazım olduğunu nəzərə çatdırıb.

  Amerika prezidentliyinin çox ciddi bir iş olduğunu vurğulayan Obama: "Bu iş əyləncə deyil, realiti şou deyil, sözün ciddi mənasında, Amerika prezidentliyi üçün bir yarışdır", - deyib.

  Prezidentlik yarışında Respublikaçılar Partiyasından olan namizəd, Texas senatoru Ted Kruz İndianada seçkilərini qazanmayınca və Ohio valisi Con Keysik (John Kasich) geri çəkilincə meydan iş adamı Donald Trampa qalıb.

  Seçki kampaniyasına başladığı gündən irqçi ifadələri və təcavüzkar fikirlərilə fərqlənən Tramp, xatırladaq ki, müsəlmanların ölkəyə girişinə qadağa çağırışı ilə böyük reaksiyaya səbəb olmuşdu.



Әlaqәli Xәbәrlәr