Londonun ilk müsəlman bələdiyyə sədri seçildi

İngiltərənin paytaxtı Londonda keçirilən bələdiyyə sədrliyi seçkilərində İşçi Partiyasından namizəd Sadıq Xan (Sadık Khan) qazanıb

485815
Londonun ilk müsəlman bələdiyyə sədri seçildi

  Bununla Sadıq Xan Londonun ilk müsəlman bələdiyyə sədri olub.

  Sadıq Xandan əvvəl 2 dəfə olmaqla London Bələdiyyəsinin sədri türk mənşəli Boris Conson idi.

  Bələdiyyə sədrliyi uğrunda cümə axşamı günü keçirilən seçkilərdə Sadık Xanla iqtidardakı Mühafizəkarlar Partiyasından olan namizəd Zac Qoldsmit arasında mübarizə gedirdi. Xalq səsverməsində Sadıq Xan 1 milyon 310 min 143, rəqibi Qoldsmit isə 994 min 614 səs qazanıb. Səslərin 56,8 faizini ala bildiyi üçün London Bələdiyyəsinə Sadıq Xan seçilib, 8 illik Mühafizəkarlar Partiya dövrünə son qoyub. Yeni Bələdiyyə sədri londonlulara mənzil, iş və təmiz hava sözünü vədlərini verib.  

  İctimai media üzərindən fikirlərini paylaşan İşçi Partiyasının sədri Ceremi Korbin (Jeremy Corbyn) Sadıq Xanı təbrik edərək deyib: “Hər kəsin bərabər olduğu Londonda London adına səninlə birlikdə çalışmağa sevinirəm".



Әlaqәli Xәbәrlәr