Almaniya Suriyadakı vətəndaş müharibəsinə dair danışıqlara ev sahibliyi edib

Suriyalı müxalif qrupların Danışıqlar üzrə Yüksək Komitə Sədri Riyad Hicab, Əsəd ilə siyasi prosesin mümkün olmadığını bildirib.

484569
Almaniya  Suriyadakı vətəndaş müharibəsinə dair danışıqlara ev sahibliyi edib

Suriyalı müxalif qrupların Danışıqlar üzrə Yüksək Komitə Sədri Riyad Hicab, Əsəd ilə siyasi prosesin mümkün olmadığını bildirib.

Almaniya, Suriyadakı vətəndaş müharibəsinə dair danışıqlara ev sahibliyi edib.

Almaniya Xarici İşlər naziri Frank Volter Ştaynmayer, Suriyada sülh danışıqlarının yenidən başlamasını istəyib.

Nazir,  Berlində keçirilən Suriya danışıqları çərçivəsində Fransa Xarici İşlər naziri Jean-Marc Ayrault, Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura, suriyalı müxaliflərin Danışıqlar üzrə Ali Komitə sədri  Riyad Hicab, İngiltərə və Avropa İttifaqı nümayəndələri ilə görüşüb.

Görüş zamanı Cenevrədəki Suriya Sülh danışıqlarının davamı üçün lazımlı şərtlər, ölkədəki şiddətin azaldılması və vəziyyətin stabilləşməsi müzakirə edilib.

Ştaynmayer, Hələbə təşkil edilən hücumları qınadıqlarını qeyd edərək “Ya Vyanada başlayan və Münhendə davam edən sülh danışıqlarını yenidən gündəmə gətirərik ya da şiddətin və vətəndaş müharibəsinin davam etməsiylə qarşı-qarşıya qalarıq” deyə bildirib.  

Danışıqların yaxşı və faydalı keçdiyini ifadə edən alman nazir, beş ildir davam edən vətəndaş müharibəsinin həll edilməsinin çətin olduğunu da qeyd edib. 

Suriyalı müxaliflərin Danışıqlar üzrə Ali Komitəsinin sədri Riyad Hicab isə Əsədin Suriyada olduğu müddətdə terror və digər şiddət addımlarının sona çatmayacağını, qonşu ölkələrin yaşadığı problemlər və qarşı-qarşıya qaldıqları çətinliklərin də rejimin təklifləriylə həll edilməyəcəyini qeyd edib.


Etiketlәr: #Almaniya

Әlaqәli Xәbәrlәr