İsraildən "Türkiyəyə jest"

İsrailin "Türkiyəyə jest" məqsədilə işğal altında saxladığı Qəzzaya sement gətirilməsinə yenidən icazə verəcəyi iddia edilir.

483479
İsraildən "Türkiyəyə jest"

 İsrail rəsmi radiosunun xəbərinə görə, hökumət özəl sektor tərəfindən istifadə edilmək üçün Qəzza Zolağına sement gətirilməsinə yaxın günlərdə yenidən icazə verməyə başlayacaq.
 
 Təhlükəsizlik mənbələrinə əsaslanan xəbərdə sözügedən qərarın "Türkiyəyə jest olaraq" verildiyi irəli sürülür.
 
 Xəbərdə eyni zamanda, İsrail ilə Türkiyə arasındakı əlaqələrin normallaşması üçün aparılan danışıqların davam etdiyi və Ankaranın Qəzza blokadasının qaldırılmasını təmin etməyə çalışdığı deyilir.
 

İsrail Həmasın hərbi məqsədlərlə istifadə etdiyini səbəb göstərərək, aprelin 3-də  Qəzzadakı özəl sektor üçün bölgəyə sement girişini dayandırdığını açıqlamışdı.
 
Birləşmiş Millətlər Təşkilatı  İsrail və Fələstin arasında aparılan danışıqlar nəticəsində oktyabrın 8-də Qəzzanın abadlığı üçün tikinti materiallarının BMT-yə aid qrupların nəzarətində olması məsələsində razılıq əldə olunmuşdu.
 
Razılığa əsasən, tikinti materiallarının binaların bərpasından başqa fərqli məqsədlər üçün istifadə edilməməsini zəmanət altına alınmasını və onların paylanmasının  beynəlxalq müşahidəçilərin nəzarəti altında  aparılmasını nəzərdə tutur.



Әlaqәli Xәbәrlәr