16 il əvvəl itkin düşən alpinistlərin meyiti tapılıb

Orta Asiyanın ən yüksək silsilə dağları olan Himalaylarda qar uçğunu səbəbilə ölən amerikalı alpinistlərin meyitləri 16 il sonra tapılıb.

482452
16 il əvvəl itkin düşən alpinistlərin meyiti tapılıb

Orta Asiyanın ən yüksək silsilə dağları olan Himalaylarda qar uçqunu səbəbilə ölən amerikalı alpinistlərin meyitləri 16 il sonra tapılıb.

BBC-nin verdiyi xəbərə əsasən, 1999-cu ildə Tibetin Shishapangma zirvəsinə çıxan zaman qar uçqunu altında qalan məhşur amerikalı alpinist Aleks Louve və operator Devid Bridcesin meyitləri keçən həftə iki alpinist tərəfindən bir buz kütləsininin içində tapılıb.

Xəbərdə bildirilib ki, qar uçğununun altında qalan zaman 40 yaşında olan Aleks Louve ən yaxşı alpinistlərdən biri olub və o müxtəlif qəzalarda çox sayda alpinistin həyatını xilas edib. 

Louve və Bridcesin meyitlərinin aşkar olunduğu xəbərini sabiq həyat yoldaşı adına bir vəqfi idarə edən Cenifer Louve Anker verib.

BBC bildirib ki, buzlaqlardan meyitləri çıxarmaq üçün vacib işlər görülür.



Әlaqәli Xәbәrlәr