Baltik dənizində Rusiyaya mәxsus təyyarə Amerikaya aid kəşfiyyat təyyarəsi ilә üz-üzә gәlib

Laura Seal  bu cür hadisәlәrin  lazımsız   şәkildә iki ölkә arasında  tәzyiqi  yüksәltdiyini bildirib.

481225
Baltik dənizində Rusiyaya mәxsus  təyyarə Amerikaya aid  kəşfiyyat təyyarəsi ilә üz-üzә gәlib

 Amerika Birləşmiş Ştatlarının Müdafiə nazirliyinin  sözçüsü Laura Sealinin  Anadolu Agentliyinə   məsələ ilә bağlı  göndәrdiyi açıqlamada  aprelin 29-da  Baltik dәnizindә  beynәlxalq sularda  adi marşrutunda uçan  Amarikaya mәxsusu RC-135 tipli tәyyarәnin  Rusiyaya aid SU-27 tipli tәyyarә tәrәfindәn tәqib edildiyi bildirilib.

Laura Seal  bölgәdә bu cür hadisәlәrin   artdığını  vә bu vәziyyәtdәn  narahat olduqlarını  vurğulayıb.

Laura Seal hәmçinin   bu cür hadisәlәrin  lazımsız   şәkildә iki ölkә arasında  tәzyiqi  yüksәltdiyini bildirib.


Etiketlәr: #Laura Seal , #Rusiya , #ABŞ

Әlaqәli Xәbәrlәr