İsveç NATO-ya qoşularsa Rusiya tədbir görəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsveçin NATO-ya qoşulacağı  halda  hərəkətə keçib tədbir görəcəklərini söyləyib.

480946
İsveç NATO-ya qoşularsa Rusiya tədbir görəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsveçin NATO-ya qoşulacağı  halda  hərəkətə keçib tədbir görəcəklərini söyləyib.

Lavrov İsveçin “Dagens Nyheter” qəzetinə verdiyi müsahibədə NATO-nun Şimali Avropada genişlənməsi ilə bağlı fikirlərini açıqlayarkən bildirib ki,  şimalda tərəfsiz qonşu ölkələr olmasının bir fakt, Şimali Atlantika Paktına üzv ölkələr olmasının isə başqa bir fakt olduğunu deyib.

"Əgər İsveç NATO-ya qoşularsa bu durumda mövcud infrastruktur da ittifaqın nəzarəti altına girəcək" deyə iddia edən Lavrov "Bu vəziyyətdə sərhədin digər tərəfində Rusiyanı təhdid olaraq görən hərbi-siyasi bir Pakt qarşısında şimal sərhədlərimizdə lazımlı hərbi texniki tədbirləri almağımız təbiidir" deyib.

Ölkəsinin NATO ilə olan əlaqələrinə toxunan xarici işlər naziri S. Lavrov hərbi qarşıdurma mühitinin artmasını istəmədiklərini, lakin NATO-nun Rusiyanın sərhədlərinə doğru genişləndiyini bildirib.

NATO-nun şərqə doğru genişlənməsi məsələsində davamlı xəbərdarlıq etdiyini  deyən nazir hər ölkənin öz təhlükəsizliyi ilə əlaqədar qərarlar almasını təbii hesab edib.

Bu arada, NATO-nun baş katibi Cens Stoltenberg Rusiyanın İsveçə nüvə zərbə simulyasiyası manevri reallaşdırdığını bildirmişdi. O, Rusiyanın son 3 il ərzində  ən az 18 böyükmiqyaslı manevrin bəzilərində NATO müttəfiqlərinə nüvə hücumlarının da hazırlandığını qeyd etmişdi.



Әlaqәli Xәbәrlәr