Ukraynada yoxlama məntəqəsinə raket hücumu oldu

Ukraynanın şərqində yerləşən yoxlama məntəqəsinə olan raket hücumu nəticəsində aralarında hamilə bir qadının da olduğu dörd mülki vətəndaş həyatını itirdi.

480011
Ukraynada yoxlama məntəqəsinə raket hücumu oldu

 Bölgədəki nəqliyyat vasitələrinə də zərər dəydi.
 Rusiya tərəfdarı separatçı qüvvələr dünən baş verən hücumun Ukrayna ordusu tərəfindən təşkil olunduğunu iddia edir.
 Kiyev rəhbərliyi separatçıların nəzarətindəki Olenivka qəsəbəsi yaxınlığındakı hadisə ilə bağlı ittihamı rədd edir.
 Separatçıların hərbi sözçüsü isə, hücumdan əvvəl bölgədə Ukraynaya aid pilotsuz uçan aparat gördüklərini deyir.
 Vətəndaşların qəsdən hədəfə alındığını bildirən sözçü, əmri verənləri də sərt şəkildə tənqid etdi.
 Ukraynanın şərqində yenə Rusiya tərəfdarlarının nəzarətində olan başqa məntəqədə iki maşının partladılması nəticəsində dörd nəfər həyatını itirdi.
 Son günlərdəbu növ hadisələrin intensivləşməsi Ukrayna ilə separatçılar arasında kövrək atəşkəsin pozulması ilə bağlı narahatlıqları artırıb.

 



Әlaqәli Xәbәrlәr