Çində "tualet inqilabı"

Çinin paytaxtı Pekində bələdiyyə "tualet inqilabı"na hazırlaşır.

478667
Çində  "tualet inqilabı"

 Şəhərin müəyyən mərkəzi nöqtələrində pulsuz Wi-Fi imkanı, elektrik cihaz və telefonlar üçün batareya doldurma aparatları, ATM və körpələr üçün oturacaqları olan 100 ədəd ümumi tualet inşa ediləcək.
 
Bir tualetin 50 min (7,685 dollar) ilə 100 min yuan arasında bir məbləğə başa gələcəyi təxmin olunur.
 
 Şəhərdəki mövcud ümumi tualetlərdə də kondisioner və hava təmizləmə sistemləri qurulacaq, temperatur tənzimlənməsi qışda ən az 12, yayda ən çox 30 dərəcə olaraq müəyyənləşdiriləcək.
 
Ümumi tualetlərin içində uşaqların ehtiyaclarını təmin edəcək kiçik tualetlər də olacaq.
 
 Beş il ərzində tualetlərdə gigiyena və xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi nəzərdə tutulur. 
 
 Ötən il ölkədəki turizm bölgələrində tualetlərin çirkli və səliqəsiz olması ilə əlaqədar şikayətlərdən sonra 3 illik plan çərçivəsində turizm regionlarında 33 min yeni tualetin inşası və mövcud 25 min tualetin də yenilənməsi qərara alınmışdı.
 
1965, 1989, 1994 və 2002-ci illərdə olmaqla Pekində dörd dəfə "tualet inqilabı" həyata keçirilib.



Әlaqәli Xәbәrlәr