ABŞ-da polis zorakılığına qarşı etiraz aksiyası keçirilib

Amerika Birləşmiş Ştatlarının  Baltimor şəhərində  qara dәrili  Fredi Qreyin polis zorakılığı nəticəsində ölümünün birinci ildönümü  münasibәtilә  aksiyalar keçirilir.

478258

Küçәlәrә axışan yüzlәrlә amerikalı polis zorakılığına  etiraz edib.

Aksiyada müxtәlif ştatlardan  gәlәn qeyri-hökumәt tәşkilatlarının liderlәri vә nümayişçilәr  dә  iştirak ediblәr.

 Nümayişçilәr Qreyin ölümündәn sonra da polis zorakılığının davam etdiyini müdafiә edib  vә azgәlirli   mәhәllәlәrә  investisi qoyulmamasına  da  reaksiya göstәriblәr.

 Xatırladak ki, cib bıçağı saxladığı  sәbәbi ilә polis tәrәfindәn saxlanılan  Freddi Qrey onurğasından yaralanmışdı vә yerlәşdirildiyi xәstәxanada  hәyatını itirmişdi.

 Qeyd edәk ki, Qreyi saxlayan altı polis vәzifәlәrindәn uzaqlaşdırılmışdı.

Әlaqәli Xәbәrlәr