Çin ABŞ-ı belə vura biləcək raketi sınaqdan keçirib

Çinin Amerika Birləşmiş Ştatlarının hər nöqtəsini vura biləcək qitələrarası ballistik mərmi sınağını müvəffəqiyyətlə test etdiyi açıqlanıb.

476171
Çin ABŞ-ı belə vura biləcək raketi sınaqdan keçirib

Ölkədə çərşənbə axşamı günü reallaşdırılan sınaqda istifadə mərmisi “DF-41" 12 min kilometr uzaqlığa çata biləcək, baş qismi bölünmə və manevr etməyə qadir xüsusiyyətlərə malikdir.

Rusiyanın “Kommersant" qəzetində yazılana görə, raketin dövrəyə buraxılması Çin nüvə qüvvələrinin modernizasiyası yolunda əhəmiyyətli bir addım kimi görünür.

“Bulletin of The Atomic Scientists"in xəbərinə görə isə, Çin bu gün nüvə silahlarını aktiv olaraq inkişaf etdirən tək ölkə mövqeyindədir.

Çinin raket sınağı xəbərini ilk olaraq “Washington Free Beacon" jurnalı verib. Xəbərdə 12 min kilometr uzaqlığa çata biləcək xüsusiyyətə malik bu mərmilərin ABŞ və ya Rusiyanı hədəfə almağı planladığı yazılıb. Amma Çinin bu sınağı harada etdiyi barədə məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr