ABŞ-dan Krım Tatar Məclisi ilə bağlı açıqlama

Amerika Birləşmiş Ştatları Rusiya Federasiyasına Krım Tatar Milli Məclisinin "ekstremist təşkilat" əhatəsinə alınması və məclisin fəaliyyətinin dayandırılması qərarını geri götürməsinə dair çağırış edib.

475723

Dövlə​t Departamenti tə​rə​fində​n verilən açıqlamada "demokratik təşkilat" olaraq təyin olunan Krım Tatar Milli Məclisinin uzun illərdir kifayət qədər təmsil edilə bilməmiş və tarixən təzyiq görmüş Krım Tatar xalqını təmsil edən bir quruluş olduğu xatırladılır.

Açıqlamada Məclisin eyni zamanda Krım tatarlarının mədəniyyətinin mühafizə edilməsi və ayrı-seçkiliyə qarşı qorunması üçün önəmli müstəqil səsvermə orqanı olduğu vurğulanıb.

"Rusiyanın Ukraynadakı tatar rəhbərliyinə rus qanunlarını yeritmək üçün heç bir səlahiyyəti yoxdur" ifadələri yer alan açıqlamada Məclisin fəaliyyətinin qadağan edilməsinin demokratik qanunlarla zidd olduğu bildirilir və Rusiyaya bir daha Krıma qarşı işğalı dayandırma çağırışı edilir.

Әlaqәli Xәbәrlәr