Azәrbaycan ordusu Ermәnistana məxsus pilotsuz uçan aparatı mәhv edib

Azərbaycan ordusunun Ermənistana məxsus pilotsuz uçan aparatı xüsusi metodla məhv etdiyi bildirilib.

474497
Azәrbaycan ordusu Ermәnistana məxsus pilotsuz uçan aparatı mәhv edib

Azәrbaycanın Müdafiə Nazirliyindən verilәn açıqlamada cəbhə xəttində Azərbaycan mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirən "DJI PHANTOM" tipli pilotsuz uçuş aparatının vurulduğu qeyd edilib.

Qeyd edək ki, dünən də cəbhə xəttində Ermənistan ordusuna aid X-55 tipli pilotsuz hava aparatı Azərbaycan əsgərləri tәrәfindәn vurulmuşdu.

Bu arada, Nazirliyin digər açıqlamasına görə Ermənistan ordusu son 24 saatda atəşkəs pozuntularını davam etdirib. Ermənistan tərəfi 114 dəfə atəşkəs rejimini pozub. Azәrbaycan ordusu cavab atəşi ilə düşməni susdurub.



Әlaqәli Xәbәrlәr