Angela Merkel ilә Mahmud Abbas arasında görüş olub

Almaniya Kansleri Angela Merkel İsrailin məskunlaşma siyasətini tənqid edib.

474632
Angela Merkel  ilә Mahmud Abbas arasında  görüş olub

Angela Merkel rəsmi sәfәrlә Almaniyaya gәlәn Fələstin prezidenti Mahmud Abbas ilə Baş Nazirlikdә görüşüb.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edәn Angela Merkel İsrailin mәskünlaşma siyasәtinin bölgədə iki dövlətli həll prosesinә mane olacağını deyib.

Fələstinin sәylәrini məmnuniyyətlə qarşıladıqlarını qeyd edәn Merkel yenidәn siyasi prosesə başlamaq istәdiyi üçün İsrail ilə təhlükəsizlik tərəfdaşlığını davam etdirməsi mәsәlәsindә Fələstini təşviq etdiklərini qeyd edib.

Mahmud Abbas isə Merkel ilə Fələstin məsələsində son prosesləri qiymətləndirdiklərini qeyd edərək Yaxın Şərqdəki münaqişəylə bağlı siyasi prosesin davam etməsini istədiklərini deyib.

''Yaşayış yerlәrinin yaradılması sülh prosesinә​ zәrbә vurur'' deyən Abbas buna görә​ Birləşmiş Millətlər Tәşkilatına bir layihə təqdim edәcәklәrini deyib.

Fәlәstin prezidenti Mahmu Abbas Almaniya prezidenti Joachim Gauck ilә dә bir araya gәlib.



Әlaqәli Xәbәrlәr