"Demokratiya Baharı" nümayişlərində nəzarətə alınanların sayı 240 oldu

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Konqres binasının qarşısında ötən həftə başlayan və pulun siyasətdəki təsirinə etiraz üçün təşkil olunan "Demokratiya Baharı" adlı nümayişlərdə nəzarətə alınanların sayı min 240-a çatdı.

473740
"Demokratiya Baharı" nümayişlərində nəzarətə alınanların sayı 240 oldu

Vaşinqton polisinin etirazların cümə günü bitəcəyini bildirməsinə baxmayaraq, mitinqlər davam edir.

Nümayişçilər Konqres binası qarşısındakı pilləkənlərdə qeyri-qanuni mitinq təşkil etdikləri üçün nəzarətə alınırlar.

Həbs olunanlar barədə "qeyri-qanuni toplaşma və başqalarına mane olma" maddəsi ilə cinayət işi açılır.

Qeyd edək ki, "Demokratiya Baharı" adı altında birləşən qruplar əvvəlki həftə sonu Filadelfiyadan Vaşinqtona gəlmiş, ötən həftə ərzində Konqres binasının pilləkənlərində etiraz aksiyası keçirmiş, polis isə bu şəxsləri nəzarətə alaraq, qısa müddətdən sonra sərbəst buraxmışdı. Sərbəst buraxılanlar Konqres qarşısındakı parkda aksiyalarını davam etdirmişdilər.

"Demokratiya Baharı" nümayişçiləri siyasətçilərə verilən yüksək məbləğdə ianələrin Amerika siyasətini tənəzzülə uğratdığını, azad və ədalətli seçkilərə imkan vermədiyini bildirirlər.

ABŞ prezident seçkiləri üçün Demokratlar Partiyasının namizədi olmaq üçün kampaniya aparan Senator Bernie Sanders "Demokratiya Baharı" etirazçılarını dəstəkləyir.



Әlaqәli Xәbәrlәr