BVF-nun rəhbəri K.Lagard "Twitter" də sualları cavablandırıb

Beynəlxalq Valyuta Fondunun rəhbərii Kristina Lagard Twitter sosial şəbəkəsində türk istifadəçilərdən birinin qaçqın böhranı ilə bağlı sualını cavablandırıb.

473715
BVF-nun rəhbəri K.Lagard "Twitter" də sualları cavablandırıb

Beynəlxalq Valyuta Fondunun rə​hbə​ri Kristina Lagard Twitter sosial şəbəkəsində türk istifadəçilərdən birinin qaçqın böhranı ilə bağlı sualını cavablandırıb.

BVF-Dünya Bankının yaz sessiyasından sonra Twitter vasitəsilə sual-cavab təşkil edən K. Lagard qaçqın böhranından tutmuş vergidən yayınma məsələlərinə qədər bir çox mövzularda fikirlərini söyləyib.

Lagard Yıldız Kaşıqçı adlı türk istifadəçinin "Mühacir böhranının qlobal iqtisadiyyata yaxın perspektivdə necə təsir edəcəyini düşünürsünüz?" sualını “qlobal miqyaslı problem olan qaçqın böhranına qarşı beynəlxalq əməkdaşlığın vacib olduğunu düşünürəm" deyə BVF-nun rə​hbə​ri cavab verib. O, bildirib ki, problem doğru şəkildə dəyərləndirilib müzakirə edilməzsə daha da böyüyəcək və ağırlaşacaq, yox əgər məsələdə inteqrasiya təmin edilərsə iqtisadi zərər yerinə faydaları belə ola bilər, buna görə beynəlxalq əməkdaşlıq vacibdir.



Әlaqәli Xәbәrlәr