Braziliyada "dövlət başçısı" böhranı yaşanır

Rousseffin 2014-cü il seçkiləri öncəsi ölkənin büdcə məlumatlarını dəyişdirib iqtisadi görünüşü yaxşı göstərərək dəstək əldə etdiyi iddia edilir.

473458
Braziliyada "dövlət başçısı" böhranı yaşanır

Sui-istifadə ittihamları səbəbilə vəzifədən azad edilməsi gündəmə gələn Braziliyanın dövlət başçısı Dilma Rousseff vicdanının rahat olduğunu, rastlaşdığı ədalətsizliyə qarşı savaşacağını açıqlayıb.

Rousseffin 2014-cü il seçkiləri öncəsi ölkənin büdcə məlumatlarını dəyişdirib iqtisadi görünüşü yaxşı göstərərək dəstək əldə etdiyi iddia edilir.

Braziliyada Milli Konqresin alt qanadında həftəsonu keçiriləcək səsvermədə Rousseff haqqında istintaq açılması qərarlaşdırılıb.

Son qərarı isə Milli Konqresin yuxarı palatası olan Senat verəcək. Braziliya Senatı may ayında keçirəcəyi yığıncaqda istintaq qərarı çıxararsa Rousseffin dövlət başçılığı təxirə salınacaq.

Dövlət başçısı böhranı yaşanan Braziliyada xalq ikiyə bölünmüş vəziyyətdədir. Rousseff tərəfdarları və əleyhdarları küçələrə axışıblar.



Әlaqәli Xәbәrlәr