OPEK-in toplantısı nəticəsiz qaldı

Neft İxrac edən Ölkələr Təşkilatı OPEC üzvlərinin istehsal səviyyəsini aşağı salmaq üçün Qətərin paytaxtı Dohada keçirdikləri yığıncaqdan heç bir nəticə əldə olunmayıb.

472756
OPEK-in toplantısı nəticəsiz qaldı

Neft hasil edǝn ​ 15-dən çox ölkə nümayəndələrinin Dohada bir araya gəldiyi toplantı neft hasilatı həddinin təyin olunması üçün keçirilmişdi. Sözügedən qərarın verilməsi ilə neft bazarında sabitliyin təmin edilməsi nəzərdə tutulurdu.

Lakin Qətərin enerji və sənaye naziri Məhəmməd bin Saleh əs-Sade 6 saat davam edən toplantıda razılaşma təmin edilmədiyini açıqlayıb.

Böyük neft istehsalçılarının istehsalın dondurulması barədə razılığa gələ bilməməsinin ardından xam neft son iki ayın ən sərt enişini reallaşdırıb. Asiya səhmləri dörd ay davam edən yüksəlişdən sonra enməyə başlayıb.

Qərbi Texas neftibu səhər 6,8 faiz, Brent neft isə 6 faiz enib.



Әlaqәli Xәbәrlәr