Cənubi Amerika ölkəsi Ekvadorda zǝlzǝlǝ baş verib

Əldǝ edilǝn ilk mǝlumatlara görǝ fǝlakǝt nǝticǝzindǝ tǝxminǝn 246 nǝfǝr hǝyatını itirib. 2 min 500 nǝfǝr dǝ yaralanıb.

472736
Cənubi Amerika ölkəsi Ekvadorda zǝlzǝlǝ  baş verib

Geofizika İnstitutunun seysmoloji departamentinin rəhbəri Aleksandra Alvaradonun mǝlumatına görǝ ölkǝ ǝrazisindǝ sutka ərzində 180-dən çox yeraltı təkan qeydə alınıb. Onun sözlərinə görə, onlardan ən qüvvətlisi 6,1 olub.

Aprelin 16-da Ekvadorda baş verən 7,8 ballıq zǝlzǝlǝ 1979-cu ildən etibarən ölkədə qeydə alınan ən güclü yeraltı təkan hesab edilir. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 246 nəfər ölüb, 1 600 nəfər xəsarət alıb. Ölkədə çox sayda müxtəlif tikililər dağılıb, yaşayış məntəqələrinin infrastrukturuna ciddi ziyan dəyib.

Fǝlakǝtdǝn sonra ölkəsinə qayıtmaq üçün İtaliyaya sǝfǝrini yarıda kəsən Dövlət Başçısı Rafael Correa, dağıntı altında qalanları xilas etmǝk üçün fǝaliyyǝtlǝrin davam etdiyini, axtarma vǝ xilas etmǝ işlərinə dəstək vermələri üçün 10 mindən çox əsgərin vəzifələndirildiyini açıqlayıb.

Türkiyənin Xarici İşlǝr Nazirliyi dǝdost Ekvador hökuməti və xalqına başsağlığı verib vǝ lazımlı dǝstǝyǝ hazır olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr