Ekvadorda 7.8 bal gücündǝ zǝlzǝlǝ baş verib

Tǝbii fǝlakǝt nǝticǝsindǝ 28 nəfər hǝyatını itirib.

472312
Ekvadorda 7.8 bal  gücündǝ  zǝlzǝlǝ  baş verib

Ölkǝnin vitse-prezidenti Xorxe Qlasın mǝlumatına görǝ 16 nəfər Portovyexo şəhərində ölüb, 10 nəfər – Manta şəhərində, daha iki nəfər isə Quayas əyalətində hǝyatını itirib.

Qeyd edək ki, 7,8 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla 23.58-də Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə qeydə alınıb.


Etiketlәr: #Ekvador , #zǝlzǝlǝ

Әlaqәli Xәbәrlәr