Ada dövlǝtlǝrindǝn Tonqada 5,8 bal gücündǝ zǝlzǝlǝ baş verib

Sakit okeanın mərkəzi hissəsində yerlǝşǝn Ada dövlǝtlǝrindǝn Tonqada 5,8 bal gücündǝ zǝlzǝlǝ baş verib.

472561
Ada dövlǝtlǝrindǝn Tonqada 5,8 bal gücündǝ zǝlzǝlǝ baş verib

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görǝ zǝlzǝlǝ, yerli vaxtla saat 20:30da baş verib. Zǝlzǝlǝnin episentri Eua adasının cənub-qərbindəki Oxonua şəhərindən 225 km cənubda, 10 km dərinlikdə yerləşir. Dağıntı və tələfat barədə məlumat verilmǝyǝn fǝlakǝtdǝn sonra Sunami təhlükəsi elan edilməyib.



Әlaqәli Xәbәrlәr