Myanmada 6.9 bal gücündә zәlzәlә qeydә alınıb

Myanmanın şimalında 6.9 bal gücündә zәlzәlә baş verib.

470550
Myanmada  6.9 bal gücündә zәlzәlә qeydә alınıb

Bu barәdә ABŞ Geoloji Araşdırmalar Mərkəzi xәbәr yayıb. Xәbәrә әsasәn yeraltı tәkanının episentri Mavlaik şәhәrinin 74 kilometr şimal-şәrqindә, ocağı isә yerin 134 kilometr dәrinliyindә yerlәşib.

Almaniyanın Geoloji Araşdırmalar Mərkəzi isə zəlzələnin 7.1 bal gücündә qeydә alın​dığını bildirib.

Hadisə nəticəsində dağıntı və zərərçəkənlər barədə məlumat verilmә​yib.​

Zəlzələ Banqladeş və Hindistanda da hiss olunub.



Әlaqәli Xәbәrlәr