Fransada hicabla bağlı fikir ayrılıqları davam edir

Fransanın Baş naziri Manuel Valls ölkədəki universitetlərdə çadranın qadağan edilməsinin lazım olduğu fikrini müdafiə edib.

470937
Fransada hicabla bağlı fikir ayrılıqları davam edir

Fransanın Baş naziri Manuel Valls ölkədə​ki universitetlərdə çadranın qadağan edilməsinin lazım olduğu fikrini müdafiə edib.

“Liberation" qəzetinə açıqlama verən Manuel Valls ali təhsildə dünyəvilik qaydalarının tətbiq olunması məsələsində sərt olmağın vacibliyini bildirərək təəssüflə deyib ki, konstitusiya qaydaları bu qadağanın tətbiqini çətinləşdirir.

Vallsin hicabla bağlı fikirlərindən sonra bütün siyasi təbəqələrdən reaksiyalar gəlib, bəzi nazirlər də Vallsın düşüncələrinə şərik olduqlarını söyləyiblər.

Ali təhsil üzrə nazir Thierry Mando RTL radiosuna verdiyi müsahibə zamanı bildirib ki, “Mənim fikrimcə universitetlərdə belə bir problem yoxdur. Hicab Fransa cəmiyyətində qadağan deyil".

BFM TV kanalına açıqlama verən Milli Təhsil naziri Najat Vallaud-Belkacem də universitetlərdə hicab qadağasını dəstəkləmədiyini söyləyib.

Qeyd edək ki, aralarında eks-prezident Nikola Sarkozinin də olduğu sağçı siyasətçilər ali təhsil müəssisələrində çadranın qadağan edilməsini təklif etmişdi.



Әlaqәli Xәbәrlәr