"Dünya dairəvi yox, düz formadadır" İDDİA

Nigeriyada terror təşkilatı Boko Haramın coğrafiya müəllimlərini sui-qəsd hədəfi olaraq göstərib.

470778
"Dünya dairəvi yox, düz formadadır" İDDİA

Səbəb isə "Dünyanın dairəvi yox, düz olmasıdır".

İnsan Haqqları Müşahidə Şurasının hesabatında Boko Haram terror təşkilatının Nigeriyada qərb təhsil sistemini mənimsəyən coğrafiya müəllimlərini sui-qəsd hədəfi olaraq göstərdiyi bildirilib. 200-dən çox müəllim, şagird və valideyn arasında aparılan söhbətlər əsasında hazırlanan hesabatda məktəblərdə meydana gələn hücumlar da sadalanır. Hesabat terror təşkilatının Çibok şəhərindən 200 qız uşağını qaçırmasının ikinci ildönümündə açıqlanıb. Beləcə, terror təşkilatının qurucusu Mohammed Yusifin təlimləri ilə üst-üstə düşməyən qərb təhsil sistemini mənimsəyən coğrafiya müəllimləri ölkədə təhlükəsizlik qüvvələri və yüksək səviyyəli siyasətçilərdən sonra sui-qəsdə uğrama ehtimalı böyük olan peşə sahibləri olublar.

Təşkilat dünyanın dairəvi deyil, düz olduğuna inanır. Yağmur isə buxarlanma nəticəsində yox, Allahın əməli nəticəsində baş verir.


Etiketlәr: #Boko Haram , #Nigeriya , #terror

Әlaqәli Xәbәrlәr