G7 ölkələri nazirlərinin toplantısında yekun qərar

G7 ölkələrinin xarici işlər nazirləri gələn ay keçiriləcək liderlər zirvəsində beynəlxalq terrorizmlə mübarizə məqsədi ilə əməliyyat planının qəbul edilməsi üçün razılığa gəliblər.

469586
G7 ölkələri nazirlərinin toplantısında yekun qərar

Yaponiyanın Xirosima şəhərində bir araya gələn G7 ölkələrinin xarici işlər nazirləri gələn ay keçiriləcək liderlər zirvəsində beynəlxalq terrorizmlə mübarizə məqsədi ilə əməliyyat planının qəbul edilməsi üçün razılığa gəliblər.

Nazirlərin gündəmində qlobal hadisələr və terrorla mübarizə mövzusu olub.

G7 nazirlərinin gələn ay keçiriləcək liderlər zirvəsində beynəlxalq terrorizmlə mübarizənin gücləndirilməsini nəzərdə tutan əməliyyat planı məlumat mübadiləsinin artırılması və sərhəd nəzarətinin artırılmasını hədəfləməklə, eyni zamanda terror təşkilatı DEAŞ-ın maliyyə mənbələrini tükətmək məqsədini daşıyır.

Xarici işlər nazirləri toplantısının yekun bəyannaməsində dünya miqyasındakı böhranlar da yer alıb. Bəyannamədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Staffan De Misturanın səyləri müsbət qiymətləndirilsə də Ukrayna münaqişəsinin həlli üçün Rusiyaya daha çox səy göstərmək çağırışı edilib. Belçika, Fransa, Türkiyə və digər ölkələrdəki terror hücumları ilə əlaqədar olaraq "terrorizm dünyanın təhlükəsizliyi baxımından aktual bir məsələdir, bu təhlükəyə əməkdaşlıq və müştərək cavablarla qarşılıq vermək lazımdır" deyə ifadə olunub.

Şimali Koreyanın raket və nüvə sınaqlarını davam etdirdiyi üçün sərt şəkildə qınandığı bəyannamədə dünyanı hər kəs üçün daha etibarlı etmək üçün səylərin birləşdirilməsi tövsiyə olunub.



Әlaqәli Xәbәrlәr