Polşa 6 il ǝvvǝl baş verǝn təyyarə faciəsinin qurbanlarını anıb

Prezident Leh Kaçinski, həyat yoldaşı və digǝr sǝlahiyyǝtlilǝrdǝn ibarǝt 96 sǝrnişinin hǝyatını itirdiyi təyyarə qəzasının ildönümündə, paytaxt Varşavada anım mǝrasimlǝri tǝşkil edilib.

468378
Polşa 6 il ǝvvǝl baş verǝn təyyarə faciəsinin qurbanlarını anıb

Hərbi qəbiristanlıqda dəfn edilǝn qurbanların xatirǝsi bir dǝqiqǝlik sükut ilǝ yad olunan mərasimǝ üst səviyyədǝ dövlət səlahiyyətliləri qatılıb.

Xatırladaq ki, Prezident Leh Kaçinski, həyat yoldaşı və bir çox üst səviyyə dövlət rǝsmisinin olduğu tǝyyarǝ, Rusiyanın Katyn kəndinə gedǝrkǝn qǝzaya düşmüşdü. Tǝyyarǝdǝki sǝrnişinlǝr, ikinci dünya döyüşündə, Sovet kǝşfiyyatı tǝrǝfindǝn öldürülən 20 mindən çox Polşalı qurban üçün təşkil ediləcək mərasimǝ qatılacaqdı.

10 aprel 2010-cu ildə Rusiyanın Smolensk Hava limanına eniş edǝrkǝn baş verǝn qǝzanın sǝbǝbi hǝlǝ dǝ bilinmir.



Әlaqәli Xәbәrlәr