Avropa ölkǝlǝrindǝ terrora “lǝnǝt” yürüşlǝri tǝşkil edilib

Avropa ölkǝlǝrindǝ yaşayan Türklər, Türkiyǝnin ağrısını paylaşmaq və hǝmrǝy olduqlarını sǝslǝndirmǝk üçün bir araya gǝlib.

468358
Avropa  ölkǝlǝrindǝ  terrora “lǝnǝt” yürüşlǝri tǝşkil edilib

Belçikada yaşayan vǝtǝndaşlarımız, “Terrorun dini, milliyyəti olmaz!" şüarıyla Gent şəhərində nümayiş tǝşkil ediblǝr.

Türk məhəlləsində toplanan Türklǝr, ǝllǝrindǝ Türk bayraqlarıyla şəhərin mərkəzinǝ doğru yeriyiblǝr. Nümayiş zamanı təhlükəsizlik tədbirləri artırılıb.

Almaniyanın 7 fərqli şəhərində də "Terrora Qarşı Birlik" yürüşlǝri tǝşkil edilib.

Köln şəhərində fǝrqli bir nöqtǝdǝ toplanan terror təşkilatı tǝrǝfdaşlarının təxribat cəhdinǝ Alman polisi müdaxilǝ edib vǝ iki qrupun bir-birinə yaxınlaşmasına icazə verməyib. Mətbuat Bəyannaməsi oxunandan sonra dağılmalarını istǝyib.

Fransada yaşayan Türklər də, Montpellier (MONPÖLİYE) şəhərində “Terrora Lǝnǝt" şuarı ilǝ yürüş tǝşkil ediblǝr. Nümayişǝ bölgədəki digər şəhərlərdən dǝ yüzlərlə Türk qatılıb.



Әlaqәli Xәbәrlәr