Fransa və almaniyalı nazirlər görüşdü

Fransanın Metz şəhərində fransa və almaniyalı nazirlərin birgə toplantısı keçirilib.

466854
Fransa və almaniyalı nazirlər görüşdü

Fransanın Metz şəhərində fransa və almaniyalı nazirlərin birgə toplantısı keçirilib.

Hər iki ölkə nazirlərinin iştirakı ilə 18-ci dəfə baş tutan yığıncaqda miqrant böhranı gündəmin əsas mövzusu olub.

Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel yığıncağın ardından birgə mətbuat konfransı keçiriblər. Olland Avropada sığınacaq axtaran şəxslər ətrafında yaranan böhranda iki ölkənin birlikdə hərəkət etdiyini diqqətə çatdırıb. Sərhəd təhlükəsizliyinin əhəmiyyətinə də toxunan Fransa prezidenti Şengen prinsiplərinə geri dönməyin və xarici sərhədlərin idarəsini təmin etməyin vacibliyini dilə gətirib.

Liderlər açıqlamalarında Avropa İttifaqı ilə Türkiyə arasındakı qaçqın razılaşmasına da toxunublar. Olland "Avropada sığınmaq haqqı olmayanların qüruruna toxunmadan yollanmasını təmin edərkən həm də Şengen prinsiplərinə təcili olaraq qayıtmaq lazımdır. Yunanıstan-Türkiyə arasındakı razılaşmanın məzmunu da bu iki məqamı əhatə edir "deyə Fransanın dövlət başçısı bildirib.

Merkel isə Avropanın coğrafi quruluşuna baxıldığı zaman dəniz sərhədlərini qorumağın quru sərhədini qorumaqdan daha çətin olduğuna diqqət çəkib.

Hollandiyada referenduma təqdim edilən Avropa İttifaqı və Ukrayna arasındakı Ortaq Ticarət müqaviləsinə da toxunan hər iki lider Ukraynanı dəstəkləməyə davam edəcəklərini qeyd ediblər.



Әlaqәli Xәbәrlәr