‘‘Türkiyə olmadan bu mübarizə daha çətin olardı"

Bu sözlәri NATO Baş Katibi Jens Stoltenberq Atlantik düşüncә mərkəzində çıxışı zamanı deyib.

466073
‘‘Türkiyə olmadan bu mübarizə daha çətin olardı"

NATO Baş Katibi Jens Stoltenberq Türkiyənin terror təşkilatı DAEŞ-a qarşı yaradılan koalisiyaya mühüm töhfələr verdiyini deyib. Vaşinqtondakı Atlantik düşüncә mərkəzində çıxış edәn Stoltenberq terror tәşkilatı DEAŞ-la mübarizә çәrçivәsindә yerli qüvvәlәrә tәlimlərin keçirilməsinin vacib olduğunu bildirib. Stoltenberq: ''Bunu nә qәdәr tez etsək o qәdәr yaxşı olar'' deyib. Әfqanıstanı nümunә göstәrәn Baş katib: ''Әgәr Әfqanıstanda etdiyimiz bir sәhv var idisə, o da yerli qüvvәlәrә vaxtında tәlim keçmәmәyimizdir'' deyib. Baş katib DEAŞ-ın Liviyadakı fәaliyyәtlәrinә toxunaraq bildirib ki: ''Nato Liviyaya kömәk etmәyә hazırdır''. DEAŞ-la mübarizә aparan İraqa da yardım edilmәsinin lazım olduğunu vurğulayıb. NATO-nun Suriyada birbaşa hərbi müdaxiləsinin olmayacağını qeyd edən Stoltenberq, müsəlman ölkələrin bir araya gələrək DEAŞ-a qarşı müharibədə yaradacaqları koalisiyanı dəstəkləyəcəklərini bildirib. Stoltenberq Türkiyənin DEAŞ-la mübarizədəki rolu ilә bağlı sualı cavablandırarkən deyib ki, "Türkiyə DEAŞ-a qarşı döyüşən koalisiyanın bir parçasıdır. Türkiyə olmadan bu mübarizə daha çətin olardı". Stoltenberq Rusiya ilә bağlı verilən suala cavabında isə bildirib ki, Rusiya sərhədləri ətrafında öz təsir dairəsini bərpa etməyə çalışır. Bu qəbuledilməzdir, çünki bu beynəlxalq norma və dövlətlərin ərazi bütövlüyünü pozur.



Әlaqәli Xәbәrlәr