Türk Hava Yolları kiçik Lizzynin arzularından birini həyata keçirdi

Amerika Birləşmiş Ştatlarında yaşayan, görmə qabiliyyətini tutulduğu xəstəlik səbəbindən yaxın zamanda itirəcək olan 5 yaşlı Lizzy Myersin son arzularından biri həyata keçdi.

466623
Türk Hava Yolları kiçik Lizzynin arzularından birini həyata keçirdi

Lizzy Türk Hava Yollarının dəstəyi ilə Vatikanda Roma Papası Frensis ilə görüşdü.

Papa Lizzynin gözlərinə toxundu və ona xeyir-dua verdi.

THY Lizzy və ailəsini Amerika Birləşmiş Ştatlarından İtaliyaya ikitərəfli təyyarə bileti ilə təmin edərək görüşün həyata keçməsinin vasitəçisi oldu.

Ata Steve Myers onlar üçün yaradılan bu imkana görə THY-yə təşəkkür etdi.

Myers ailəsi sabah, aprelin səkkizində Amerika Birləşmiş Ştatlarına qayıtmaq üçün Venesiyadan İstanbula gələcək.

Ailə İstanbuldan Chicagoya Türk Hava Yollarının təyyarəsi ilə uçacaq.

ABŞ-ın Ohio ştatında yaşayan Elizabeth Myers, qısa olaraq Lizzy​, ölkəsində hər 100 min doğuşda 4 uşaqda görünən genetik xəstəlik olan Usher sindromu səbəbindən qısa müddətdən sonra (təxminən 7 yaşında) eşitmə və görmə qabiliyyətini itirəcək.

Lizzy bu qabiliyyətlərini itirmədən əvvəl ailəsinin köməyi ilə hazırladığı "həyata keçiriləcəklər siyahısı" nda əks olunan arzularını bir-bir həyata keçirməyə çalışır.



Әlaqәli Xәbәrlәr