Avropa İttifaqı Komissiyası Dublin Konvensiyanın aradan qaldırılmasını gündəmə gətirib

Avropa İttifaqı Komissiyası gəlmələrin yaşamaq üçün müraciət etdiyi ölkənin ona qaçqın statusu verməsini lazımlı edən Dublin Konvensiyanın aradan qaldırılmasını gündəmə gətirib.

466075
Avropa İttifaqı Komissiyası Dublin Konvensiyanın aradan qaldırılmasını gündəmə gətirib

Komissiya tərəfindən əhatəli iki yeni təklif hazırlanıb. Təklifə əsasən miqrantlar ölkələrin əhalisi, işsizlik səviyyəsi və gəlirlərin həcminə görə üzv dövlətlərə paylanacaq. Ancaq bu təklifə, xüsusilə Şərqi Avropa ölkələrinin qarşı çıxması gözlənilir.

Digər təklifə görə isə müqavilə qüvvədə qalacaq, lakin qaçqınların ilk daxil olduqları ölkələr lazım bildiyi halda onlar müvəqqəti olaraq digər ölkələrə paylanacaq. Çox sayda miqrantı qəbul edən Yunanıstan və İtaliya müvəqqəti deyil, daimi olaraq paylama mexanizminin qurulmasını istəyir.

Xatırladaq ki, Dublin Konvensiyasına dəyişiklik xeyli sayda qaçqının ilk daxil olduqları Avropa İttifaqı ölkələri olan İtaliya və Yunanıstanın əvəzinə, Almaniya və İsveç kimi digər ölkələrə müraciət etməsindən sonra gündəmə gəldi.

Ölkələrin qaçqınları qeydiyyata almadan qonşu ölkələrə getmələrinə icazə verməsi bəzi üzv dövlətlərin sərbəst hərəkətini nəzərdə tutan Şengen sazişini müvəqqəti olaraq təxirə salmasına gətirib çıxardı.



Әlaqәli Xәbәrlәr