Ümumdünya Sǝhiyyǝ Tǝşkilatının çağırışı

Ümumdünya Sǝhiyyǝ Tǝşkilatı vǝ digǝr ortaq tǝşkilatlar 30 ölkǝdǝki 79 milyon insanın davam edǝn tǝcili sǝhiyyǝ ehtiyacları üçün 2,2 milyard dollarlıq yardım çağırışı edib.

465492

Tǝşkilatın 2016 Humanitar Müdaxilǝ Planı BMT-nin Cenevrǝdǝki ofisindǝ keçirilǝn mǝtbuat konfransında açıqlanıb.

Dünya miqyasında davam edǝn humanitar problemlǝrǝ görǝ sǝhiyyǝ sahǝsindǝki ehtiyacların rekord sǝviyyǝyǝ çatdığını bildirǝn tǝşkilat cari il 480 milyon, ǝmǝkdaşlıq etdiyi digǝr tǝşkilatlarla birlikdǝ cǝmi 2,2 milyard dollara ehtiyac olduğunu bildirib.

Tǝşkilatın direktor müavini Bruce Aylward “Dünyada tǝcili humanitar ehtiyaclara görǝ ortaya çıxan sǝhiyyǝ xǝrclǝri ǝn yüksǝk sǝviyyǝdǝdir vǝ vǝziyyǝt daha da pislǝşir”-deyǝ qeyd edib.

Әlaqәli Xәbәrlәr