Ukraynadan Azərbaycana dəstək

Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə olan dəstəyinin dəyişmədiyini söyləyib

465746
Ukraynadan Azərbaycana dəstək

Ukrayna Dövlət Aparatının internet səhifəsindən yayılan məlumata görə, Yaponiyada rəsmi səfərdə olan Poroşenko Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb. Hər iki lider Dağlıq Qarabağda gərginlikdən narahatlıqlarını dilə gətirib, problemin beynəlxalq qaydalar əsasında, sülhə aparan yollarla həll olunmasının tərəfdarı olduğuna toxunublar.

Poroşenko beynəlxalq sərhədlər içərisində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək verdiklərini bir daha təkrarlayıb və bu barədə Ukraynanın mövqeyinin dəyişməyəcəyinə zəmanət verib.

Ölkə başçıları telefon danışığı zamanı ikitərəfli əlaqələrin gücləndirilməsi və Bakıda liderlər səviyyəsində şura konfransına hazırlıqlar barədə fikir mübadiləsi də aparıblar. .



Әlaqәli Xәbәrlәr