Almaniyada qaçqın yurdlarına təşkil olunan hücumların sayı artdı

Almaniyada bu ilin ilk üç ayında qaçqın yurdlarına təşkil olunan hücumların sayı 268 oldu.

465201
Almaniyada  qaçqın yurdlarına təşkil olunan hücumların sayı artdı

Ölkənin şərqində yayımlanan MDR Radiosunun Federal Polis İdarəsinin məlumatlarına istinadən yaydığı xəbərə görə, 2016-ci ilin ilk rübündə Almaniyada qaçqın yurdlarına qarşı hücumların sayı 268 olaraq təsbit edildi.

MDR 2016-cı ilin başlangıcında qaçqın yurdlarını hədəf alan hücumların sayını nəzərə alaraq bu ilin rəqəmlərinin 2015-ci ill rəqəmlərini geridə qoyacağını bildirdi.

2015-ci ildə Almaniyada qaçqın yurdlarına cəmi 1.029 hücum təşkil edilmişdi.

Almaniyanın şərqindəki polis idarələrinin rəqəmlərinə görə, keçən il Saksoniyada qaçqın yurdlarına 118, Saksonya-Anhalt və Thüringen əyalətlərində isə 71 hücum təşkil olunub.

Bu rəqəmin 2014-ci illə müqayisədə on dəfə artdığına diqqət çəkildi.



Әlaqәli Xәbәrlәr