Zənginlər Avrupa şəhərlərini tərk edir

Yeni Dünya Sərvəti (New World Wealth) təşkilatınnın məlumatına əsasən, 2015-ci ildə ən çox milyoner köçünü Avropa şəhərlərindən olub.

462750
Zənginlər Avrupa şəhərlərini tərk edir

Yeni Dünya Sərvəti (New World Wealth) təşkilatınnın məlumatına əsasən, 2015-ci ildə ən çox milyoner köçünü Avropa şəhərlərindən olub.

Keçən il, Avropanın ən gözdə şəhərlərindən sayılan Parisdən 7 min milyoner, Romadan 5 min milyoner, Afinadan 2 min milyoner başqa şəhərlərə köçüb.

Xüsusilə terror hücumları ilə sarsılan Fransanın paytaxtı Parisdən gedən milyonerlər ən çox İngiltərə, Amerika Birləşmiş Ştatları, Kanada və İsraildə yerləşməyi üstün tuturlar.

Romadan və Afinadan köçən zənginlər isə İngiltərə və ABŞ-da yerləşirlər.

Milyonerlərin Parisdən getməklərinə səbəb dini gərginliklər səbəbindən ölkədə stabilliyin olmaması, Afinanı tərk etməklərinin səbəbi isə iqtisadi durğunluqla, qaçqın böhranıdır.

Eyni dövrdə, zənginlərin yerləşdikləri şəhərlər sırasında Avstraliyanın Sidney şəhəri ilk sırada qərarlaşıb.

Keçən il, müxtəlif ölkələrdən 4 min milyoner Sidneydə, 3 min milyoner Melburnda, 2 min milyoner isə Təl-Əvivdə, Dubayda, San Franciscoda və Vankuver şəhərlərlərində yerləşiblər.

Keçən il, zənginlərin tərk etdikləri ölkələrin sırasında Fransa öndə gedir.

Qeyd edək ki, Fransadan 2015-ci ildə 10 min, Çindən 9 min, İtaliyadan 6 min, Hindistandan 4 min, Yunanıstandan 3 min, Rusiya, İspaniya və Braziliyadan da 2 min zəngin başqa ölkələrə köç edib.

Ölkələrə görə ən çox milyoner miqrant Avstraliyadadır.

Keçən il, Avstraliyaya 8 min, ABŞ-na 7 min, Kanadaya 5 min, İsrailə 4 min, Birləşmiş Ərəb Əmirliklərinə 3 min, Yeni Zelandayaya 2 min milyoner köçüb.



Әlaqәli Xәbәrlәr