Pakistanda parlament binasının qabağındakı aksiya davam edir

Pakistanda Mümtaz Kadrinin edamına etiraz edǝnlǝrin parlament binasının qabağındakı aksiyası davam edir.

459859
Pakistanda parlament binasının qabağındakı aksiya davam edir

Pakistanda Pǝncǝb ǝyalǝtinin keçmiş valisi Sǝlman Tasiri “İslam dinini qoruyan qanunların ǝleyhinǝ olduğuna" görǝ öldürǝn cangüdǝni Mümtaz Kadrinin edamına etiraz edǝnlǝrin parlament binasının qabağındakı aksiyası davam edir.

Pakistanın paytaxtı İslamabadda dünǝn axşam radǝlǝrindǝ Kadri tǝrǝfdarı 10 minǝ yaxın insanın tǝşkil etdiyi etiraz nümayişinǝ polisin müdaxilǝ etmǝsindǝn sonra bu gün bir qǝdǝr sakitlik hökm sürür.

Bu gün dǝ 3 minǝ qǝdǝr aksiyaçı parlament binasının qabağında nümayişlǝrini davam etdirir. Nümayişçilǝr “Mǝhǝmmǝd peyğǝmbǝr"ǝ hǝqarǝti cǝzalandıran qanunların dǝqiq şǝkildǝ tǝtbiq edilmǝsini vǝ edam edilǝn Kadrinin şǝhid qǝbul edilǝrǝk adına bir gün rǝsmi tǝtil elan edilmǝsini" tǝlǝb edib.

Hökumǝt ordudan vǝziyyǝtǝ nǝzarǝt etmǝsi vǝ parlamentin ǝrtafında tǝhlükǝsizlik tǝdbirlǝri görmǝsini tǝlǝb etmişdi.

Polisin parlament binasının qarşısında nümayiş keçirǝn minlǝrlǝ insana müdaxilǝ etmǝsi nǝticǝsindǝ yaralananlar olmuş, 300-ǝ yaxın nümayişçi isǝ saxlanılmışdı.

Qeyd edǝk ki, Kadri fevralın 20-dǝ edam edilmiş, martın 1-dǝ Ravalpindidǝ keçirilǝn mǝrasimdǝ on minlǝrlǝ insan iştirak etmişdi.



Әlaqәli Xәbәrlәr