Hollandiyada əməliyyat keçirilib

Belçikanın paytaxtı Brüsseldə törədilən terror hücumlarından sonra Belçika və Fransanın ardından bir terror əməliyyatı xəbəri də Hollandiyadan gəlib.

459434
Hollandiyada əməliyyat keçirilib

Belçikanın paytaxtı Brüsseldə törədilən terror hücumlarından sonra Belçika və Fransanın ardından bir terror əməliyyatı xəbəri də Hollandiyadan gəlib.

Belə ki, Niderlandın Rotterdam şəhərində terrora hazırlıqda şübhǝ edilǝn 4 nəfər nəzarətə götürülüb.

Rotterdam prokurorluğundan verilən məlumata görə, şübhəlilərdən birinin Fransa, digər iki nəfərin Əlcəzair vətəndaşı olduğu, dördüncü adamın isə hələ şəxsiyyətinin təyin edilmədiyi bildirilir.

Digər tərəfdən son dövrdə başda Türkiyə olmaqla müxtəlif ölkələrdə baş verən terror hücumlarına Niderlandda da etiraz edilib. Keçirilən nümayişlərdə iştirak edənlər terrorun harda törədildiyindən asılı olmayaraq, bütün insanlığa təhlükə olduğunu vurğulayıblar.



Әlaqәli Xәbәrlәr