Monteneqroda mədrəsə Türkiyə bayrağının rənglərinə boyanıb

Ankara və İstanbula dəstək olmaq məqsədiylə

458426
Monteneqroda mədrəsə Türkiyə bayrağının rənglərinə boyanıb

Monteneqronun paytaxtı Podqoritsada olan Mehmet Fatih mədrəsəsi Türkiyədə yaşanan terror hücumlarından sonra Türkiyə bayrağının rəngləriylə işıqlandırılıb.

Monteneqro İslam Birliyinin verdiyi qərara görə, son dövrlər terror hücumlarına məruz qalan Ankara və İstanbula dəstək olmaq məqsədiylə paytaxtdakı Mehmet Fatih mədrəsəsi dünən axşamdan Türkiyə bayrağının rənglərinə bürünüb.

Birliyin sədri Rifat Fejzic terror hücumlarını qınayaraq deyib: "Türkiyəyə hər zaman onun yanında olduğumuzu göstərmək istəyirik. Ölkənin bu hadisələrdən çox güclü şəkildə çıxacağına inanıram. Bütün dünya dövlətləri terrorla mübarizə aparmalıdır".



Әlaqәli Xәbәrlәr