Beynəlxalq irqi ayrı-seçkiliyin qarşısının alınması Günü

Beynəlxalq insan haqları təşkilatları Avropada qaçqınlara qarşı hücumların qarşısının alınmasını istəyib.

455315
Beynəlxalq irqi ayrı-seçkiliyin qarşısının alınması Günü

Beynəlxalq insan haqları təşkilatları Avropada qaçqınlara qarşı hücumların qarşısının alınmasını istəyib.

Avropa İttifaqının Әsas Hüquqlar Agentliyi (FRA) Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Demokratik Təşkilatlar və İnsan Haqları Ofisi (ODIHR) ilə İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyası, (ECRI) "Beynəlxalq İrqi ayrı-seçkiliyin qarşısının alınması Günü" münasibətilə birgə açıqlama verib.

Açıqlamada Avropada miqrantlara qarşı hücumların artdığı bildirilǝrǝk bunlardan bəzilərinin "ölümcül" olduğu vurğulanıb.

Açıqlamada irqi, dini və mədəni düşmənçiliyin təkcə radikal qruplar tərəfindən deyil, siyasətçilər, media və sosial şəbəkələr üzərindən də açıq şəkildə edildiyi dilǝ gǝtirilib.

“Bu ifadələr etnik və dini azlıqlara qarşı dözümsüzlüyü artırır. Hökumət və dövlət rəhbərləri təcili olaraq bunun qarşısını almalıdırlar"deyǝ açıqlamada bildirilib.



Әlaqәli Xәbәrlәr