Abdussǝlam, əsas hədəfinin Stad de Frans olduğunu etiraf edib

Saleh Abdussǝlam vǝ bərabərindəki 4 nǝfǝrin dindirilişi nǝticǝsindǝ ǝhǝmiyyǝli mǝlumat ǝldǝ edilib.

454328
Abdussǝlam, əsas hədəfinin Stad de Frans olduğunu etiraf edib

18 Martda Belçikada hǝyata keçirilǝn ǝmǝliyyat nǝticǝsindǝ, 13 Noyabr 2015-ci ildə Parisdə törǝdilǝn vǝ 130 nǝfǝrin ölümünǝ, 350 nǝfǝrin yaralanmasına sǝbǝb olan terror hücumlarının cinayǝtkarı Saleh Abdussǝlam vǝ bərabərindəki 4 nǝfǝrin dindirilişi nǝticǝsindǝ ǝhǝmiyyǝli mǝlumat ǝldǝ edilib.

Abdussǝlam,13 noyabr 2015-ci ildə əsas hədəfinin Stad de Frans olduğunu etiraf edib.

Mǝlumata görǝ prezident Fransua Olandın da izlədiyi Fransa və Almaniya dostluq matçı əsnasında, terroristlərdən biri stadiona daxil olabilmǝdiyi üçün üzǝrindǝki bombanı bir fast-food restoranında partladıb.

Brüssel Prokurorluğu, Abdüssǝlam haqqında “terror məqsədli cinayət törətmək" günahından iddia açılmasını istǝrkǝn, Abdussǝlamın vəkili, müvəkkilinin Fransaya göndərilməsinin qarşısını almaq üçün lazimi addımların atılacağını bildirib.



Әlaqәli Xәbәrlәr