Berni Sanders, rǝqibi olan Hillari Klintonu qabaqlayıb

ABŞ-da prezidentliyə namizəd Berni Sanders, Kanzas ştatında demokratların prezidentlik namizədinin partiyadaxili seçkilərində (kokusda) qǝlǝbǝ qazanıb.

445222
Berni Sanders, rǝqibi olan Hillari Klintonu  qabaqlayıb

75 yaşlı senator Berni Sanders ABŞ-ın sabiq dövlət katibi, seçkilərin əsas favoriti hesab edilən Hillari Klintonu üstələyib. Kanzasda səslərin 75 faizi tǝsnif edilib. Sanders 75%, Klinton isə 55% səs toplayıb.

Associated Press agentliyinin xəbərinə görə, Hillari Klinton Luiziana ştatında ilkin seçkilərin qalibi olub.

Qeyd edək ki, bu gün ABŞ-ın Kentukki, Men, Nebraska, Luiziana və Kanzas ştatlarında partiyadaxili seçkilər keçirilir.



Әlaqәli Xәbәrlәr