Mǝhkǝmǝ martın 6-na tǝxirǝ salınıb
Mursinin “Qǝtǝr adına casusluq" etdiyi iddiası ilǝ mühakimǝ edildiyi mǝhkǝmǝ martın 6-na tǝxirǝ salınıb.
444169
Misirdǝ çevriliş nǝticǝsindǝ vǝzifǝdǝn kǝnarlaşdırılan seçilmiş ilk prezident Mǝhǝmmǝd Mursinin “Qǝtǝr adına casusluq" etdiyi iddiası ilǝ mühakimǝ edildiyi mǝhkǝmǝ martın 6-na tǝxirǝ salınıb.
Aralarında Mursinin dǝ olduğu 11 nǝfǝr “Ölkǝnin kǝşfiyyat idarǝlǝri, Daxili İşlǝr Nazirliyi vǝ Dövlǝt Tǝhlükǝsizlik İdarǝsinǝ mǝxsus çox mǝxfi hesǝbatları ǝlǝ keçirmǝk vǝ bunu Qǝtǝrǝ vermǝkdǝ" günahlandırılır.