Mahmud Abbas İsrailin yaşayış evləri tikmək qǝrarı barədə danışdı

Fələstinin dövlət başçısı Mahmud Abbas İsrailin İordan çayının qərb sahili və Şərqi Qüdsə yaşayış evlərini tikmək qǝrarını BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxaracaqlarını açıqlayıb.

442652

Ramallahdakı prezidentlik sarayında Fələstin Azadlıq Təşkilatının idarə heyətinin toplantısında iştirak edən Abbas:"Biz əvvəldən bu tikintinin doğru bir qərar olmadığını deyirik. BMT Təhlükəsizlik Şurasından bu işi araşdırmağını və lazımi qərar verməsini istəyəcəyik" deyə bildirib.

Mahmud Abbas sülh prosesi ilə bağlı Fransanın dəvətinǝ görǝ beynəlxalq bir konfransın təşkil olunması ilə məşğul olduqlarını da bildirib.

Әlaqәli Xәbәrlәr