Hillari Klinton 5 ştatda ilkin seçkilərin qalibi olub

ABŞ prezidentliyinə namizəd, sabiq dövlət katibi Hillari Klinton Virciniya, Corciya, Alabama və Tennesi ştatında keçirilən ilkin seçkilərdə qalib gəlib.

442618
Hillari Klinton 5 ştatda ilkin seçkilərin qalibi olub

Bu barədə CNN telekanalı xəbər verib.

NBC telekanalın məlumatına əsasən, H.Klinton həmçinin Massaçusets ştatında da qələbə qazanıb.

Onun Demokrat partiyasından olan əsas rəqibi Berni Sanders isə doğma Vermont ştatında irəlidədir.

Adıçəkilən ştatlarda seçki dairələri Bakı vaxtı ilə saat 04:00 bağlanıb.

Qeyd edək ki, “Böyük çərşənbə axşamı" ABŞ-da seçkiqabağı kampaniyanın mühüm mərhələlərindən biri hesab edilir.



Әlaqәli Xәbәrlәr